Rəəyəl Yəum qəzeti siyasi və diplomatik mənbələr Səudiyyə vəliəhdi İsrailin baş nazirinin Səudiyyə torpaqlarında Fələstin dövləti qurmaq təklifini ölkənin parçalanması üçün müqəddimə hesab etdiyindən xəbər verirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Rəəyəl Yəum dünən axşam (13 fevral) yazıb: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman İordaniya tərəfinə Fələstin xalqının məcburi Qəzzədən köçürülməsi barədə mövqeyini dəstəklədiyini deyib.
Məlumatda daha sonra deyir: Göründüyü kimi, Ərəbistanın İordaniya və Misirin mövqeyinə verdiyi dəstək Səudiyyə XİN-nin xüsusi bəyanatından kənardadır və vəliəhdin şəxsən İordaniya kralı və Misir prezidenti ilə həmfikir olduğu nəzərə çarpır. Ərəbistan tərəfi həmçinin Oman və Qahirəyə Netanyahunun Trampın da dəstəklədiyi təklifinin təhlükələri barədə nigaranlıqlarını da elan edib.