BMT-nin baş katibi İsrail rejiminin Suriyanın suverenliyini pozmağa davam etməsindən narahatlığını bildirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Antonio Quterreş bu gün (1 may) İsrail rejiminin Suriya ərazisinə endirdiyi hava hücumlarından narahatlığını bildirib. BMT baş katibinin sözçüsü deyib: Qutere İsrailin Suriyanın suverenliyini pozmaqda davam etməsindən narahatdır.
Əl-Cəzirə sitat gətirərək yazıb: Qutereş qeyri-sabit regional mühitdə zorakılığın artması ehtimalı ilə bağlı narahatlığını ifadə edir.
Bəyanatda həmçinin deyilir: BMT-nin Baş katibi Suriyada etibarlı, nizamlı və əhatəli siyasi keçidin dəstəklənməsinin vacibliyini vurğulayır.