Sionist rejimin müharibə naziri Həmasla girov mübadiləsi zəminində razılıq əldə etmək üçün daha yaxın olduğundan xəbər verib.
İRNA-nın məlumatına əsasən, Yoav Qallant bu gün (5 iyul) İsrailin girov ailələrinə xitabən deyib: Hal-hazırda razılığın bir addımlığındayıq.
Bundan əvvəl də bir ABŞ rəsmisi bu gün (5 iyul) Qəzzədə atəşkəs və israilli girovların mübadiləsi barədə Dohada müzakirələr olacağından xəbər verərək demişdi ki, Həmasın atəşkəs barədə son cavabına əsaslanaraq yaxşı nəticələr ehtimalı var.
Bəzi media vasitələri Mossad rəhbəri David Barniyanın bu gün Dohaya səfər etdiyini də elan ediblər.