Sionist rejimin müharibə naziri Tel-Əviv-Vaşinqton arasında mövcud konfliktlərin pərdə arxasında həll olunmasının zərurətini vurğulayıb.
İRNA-nın məlumatına əsasən, Amerikada səfərdə olan Yoav Qallant bu gün (26 iyun) ABŞ-ın Qəzzə müharibəsində İsrailə qeyd-şərtsiz dəstəklərinə, prezident Co Baydenin atəşkəs planına görə minnətdarlığını ifadə edərək deyib: Vaşinqtonla istilaflarımız aşkara çıxarılmamalı, gizlində həll olunmalıdır.
İsrailin 9 ay sürən müharibədə heç bir məqsədlərinə çatmayan müharibə naziri Qallant həmçinin iddia edib: Biz Həmasın götürdüyü bütün girovları geri qaytaracağımıza söz vermişik. Həmas girov mübadiləsi danışıqlarında razılıq verməli, yaxud bunun bədəlini ödəməlidir.