Qəzza zolağında sionist işğalçı rejim tərəfindən keçidlərin bağlandığı bir şəraitdə beynəlxalq təşkilatlar fələstinlilər üçün göndəriləcək ərzaq ehtiyatlarının tamamilə tükəndiyindən xəbər verirlər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Qəzzada didərgin düşmüş fələstinli Nəval Məsri bu gün (1 may) Qəzza zolağından verdiyi reportajda deyib: Allaha and olsun ki, yediyimiz tərəvəzlər mədə ağrılarına səbəb olub və bir tikə çörək almaq üçün belə pulumuz çatmır. Fələstinlilər azacıq yemək almaq üçün saatlarla növbəyə durur, bəziləri onu almağa müvəffəq olur, digərləri isə yox.
Saatlarla qida növbəsində duran fələstinlilərdən biri deyib: Mən iki ailəni dolandırmaq məcburiyyətindəyəm. Aldığım yemək bir nəfərə çatmır, amma mən onu 30 nəfər arasında paylaşmalıyam.
Məlumata görə, sionist işğalçılar Qəzza sakinlərinə müxtəlif üsullarla təzyiq edir, onları yemək, su, dərman və yanacaqdan məhrum edirlər. Bazarlarda və qaçqınlara dəstək müəssisələrində keçidlərin bağlanması və ərzaq ehtiyatlarının ümumiyyətlə tükənməsi ilə bir çox uşaq Qəzza zolağındakı bu böyük böhranda bir az yemək almaq üçün mübarizə aparır.
Xatırladaq ki, BMT-nin Ərzaq Hüququ üzrə xüsusi məruzəçisi aprelin 26-da elan edib ki, İsrail Qəzzada qida istehsalı infrastrukturunu sistemli şəkildə məhv edib. Qəzzada 2 milyon 200 min insanı aclıqdan öldürülür və bütün bunlar bölgədəki Fələstin xalqının həyat və yaşayış vasitələrinə birbaşa və ciddi mənfi təsir göstərib.