Qəzzənin şəhərində sionist rejimi ordusuna aid dronun vurulması xəbərinin ardınca informasiya qaynaqları bu dronun müqavimət dəstələrinin kiber ordusu tərəfindən məhv edildiyini elan ediblər.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas İslami Müqavimət Hərəkatı bir bəyanat yayaraq işğalçı rejimin orbital dronunu kiber ordumuz tərəfindən məhv edildiyini elan edib.
Məlumata görə sionist rejimə aid Sky Larc adlı PUA Qəzzənin şərqində yerləşən Həyyuz Zeytun məntəqəsində yerə düşüb və dronun qalıqları Həmas tərəfindən araşdırılır.
Son illərdə Fələstin müqavimət dəstələri sionist rejim dronlarını vuraraq üzərində tədqiqat aparır və onların strukturları barədə məlumat əldə edirlər. Belə ki, SkyLark pilotsuz kəşfiyyat aparatı sionist rejimin adətən Qəzzə zolağına göndərdiyi dronlardan biridir.