
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink cümə axşamı bildirib ki, Qətər tərəfindən Donald Trampa hədiyyə edilən lüks Boeing 747 təyyarəsinin yeni “Air Force One”a çevrilməsi bir neçə yüz milyon dollarlıq modifikasiya tələb edir.
Təyyarənin dəbdəbəli interyeri olsa da, onun tam hərbi və təhlükəsizlik standartlarına uyğunlaşdırılması üçün genişmiqyaslı dəyişikliklərə ehtiyac var. Buraya inkişaf etmiş təhlükəsizlik sistemləri, dinləmələrin qarşısını alan gücləndirilmiş rabitə vasitələri və rakit təhlükəsinə qarşı müdafiə tədbirləri daxildir.
“Bu təyyarənin tam modernləşdirilməsi yəqin ki, 400 milyon dollardan az olacaq,” – deyə Meink Konqres dinləməsində bildirib.