Qətər Xarici İşlər Nazirliyi Qəzzada mülki əhalinin ərzaqdan Qəzzada müharibə silahı kimi istifadə edilməsinə qarşı olduqlarını vurğulayıb.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Qətər Xarici İşlər Nazirliyibu gün (3 mart) işğalçı İsrail rejiminin Qəzzaya humanitar yardımların daxil olmasını dayandırma qərarının atəşkəs razılaşması və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi dəyərləndirib.
Bəyanatda deyilir: Qətərin Qəzzada dinc əhalinin aclıqdan ölməsinə və ərzaqdan müharibə silahı kimi istifadə edilməsinə qarşı mövqeyi bəllidir. Elə bu səbəbdən də beynəlxalq ictimaiyyəti Qəzzanın bütün bölgələrinə yardımların təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin etdiyi üçün İsrail rejimini məsuliyyətə cəlb etməyə çağırırıq.