İran İslam Respublikasının Dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin dövlət başçılarının 17-ci sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfər edib və bir neçə dəqiqə əvvəl sammitin keçirildiyi Xankəndi şəhərinə daxil olub.
Qafqaz Times -ın məlumatına görə, prezident Məsud Pezeşkian bu gün səhər Azərbaycan prezidentinin dəvəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının 17-ci sammitində iştirak və çıxış etmək üçün sammitin keçiriləcəyi Xankəndi şəhərinə gəlib.
Prezident səfər çərçivəsində ECO sammitində çıxış etməklə yanaşı, sammitə qatılan bəzi dövlət başçıları ilə də görüşlər keçirəcək.