Ermənistanın baş naziri Nikol Paşinyan II Qareginə qarşı kəskin ittihamlarla çıxış edib. O bildirib ki, Erməni Apostol Kilsəsinin rəhbəri olan II Qaregin könüllü subaylıq əhdini pozub və övladı var. Paşinyan bu məlumatı “fakt” adlandıraraq qeyd edib ki, əgər II Qaregin bu iddianı təkzib etməyə çalışarsa, o, bunu sübut etməyə hazırdır.
Paşinyanın sözlərinə görə, bu hal Erməni Apostol Kilsəsinin kanonlarına ziddir və II Qareginin nə yepiskop, nə arxiyepiskop, nə də katolikos seçilməsi hüquqi baxımdan mümkün olmayıb. Paşinyan, həmçinin Ktrich Nersisyanın Patrixar iqamətgahını tərk etməli olduğunu bəyan edib.
Baş nazir, Erməni Apostol Kilsəsinin sadiq davamçısı olduğunu vurğulayaraq, kilsənin yeni bir katolikos seçməli olduğunu və həmin şəxsin mənəvi təmizliyinin və nüfuzunun seçkilərdən öncə yoxlanmalı olduğunu bildirib. Paşinyan bütün erməniləri Patrixar iqamətgahının xristian sevgisi və ruhunda azad edilməsi və həqiqətən müqəddəs bir ruhani şəxsin bütün ermənilərin katolikosu seçilməsi məqsədi ilə birliyə çağırıb.