Özbəkistanın Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
“Zərərçəkənlər arasında ağır yaralı və vəziyyəti ağır olan xəstələr yoxdur”, – deyə Səhiyyə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, oktyabrın 22-də səhər saatlarında Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış baş verib. Hadisə araşdırılır.
Partlayışın səbəbi açıqlanmayıb.
Partlayış nəticəsində yaranan şok dalğası bir çox qonşu ev və mağazalarda şüşələri sındırıb, bəzi tikililər dağılıb.