QafqazTimes xəbər verir ki, Omanın müftisi Əhməd bin Həməd əl-Xəlili bu gün sionist rejimin Məscidül-Əqsaya qarşı təcavüzünə işarə edərək, bu rejimin ifratçı kabineti ilə mübarizə üçün İslam ümmətinin birliyinə çağırış edib.
Əl-Xəlili özünün Twitter hesabında yazıb: “İfrat sağçı sionist kabinetinin Məscidül-Əqsanı işğal etməyə cəhd etməsi müharibə elan etmək deməkdir və İslam ümməti Məscidül-Əqsa və Fələstin torpaqları işğaldan azad olunana qədər bu kabinetlə mübarizə üçün birləşməlidir.”
“Əl-Xalic Online” saytının xəbərinə görə, Oman müftisi əlavə edib ki, bu, İslam ümmətinin çiynində olan dini bir vəzifədir və bu, tamamilə və heç bir qüsursuz yerinə yetirilməlidir.
Qeyd edək ki, sionist rejimin milli təhlükəsizlik naziri İtmar Ben Qover bu rejimin Məscidül-Əqsaya təcavüzünün fonunda ötən çərşənbə günü təhdidlə çıxış edərək, bir daha bu müqəddəs məscidə hücum edəcəyini açıqlayıb.