Sionist “Yedioth Ahronoth” qəzeti ən azı 1700 varlı sionistin işğal olunmuş əraziləri tərk etdiyini bildirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yedioth Ahronoth qəzeti yazıb: 2024-cü ildə ən azı 1700 oliqarx sionist İsraili (Fələstini) tərk edəcək və varlı sakinlərin sayı xeyli azalıb.
Qəzet əlavə edib: Bəzi göstəricilər İsrail bazarının investorlar və treyderlər üçün cəlbediciliyini itirdiyini göstərir. İsrail Hayom qəzeti bundan əvvəl yazmışdı ki, illik yoxsulluq həddi hesabatı göstərir ki, sionistlərin dörddə biri yoxsulluq həddinin altındadır.