İran İslam İnqilabının banisi mərhum İmam Xomeyni barədə
Şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədr:
“Əslində, İmam Xomeyni Məsum İmamın (ə) ən böyük nümayəndələrindən biri idi.”
Ayətullah Fazil Lənkərani:
“Onun nurani üzü və daimi sakitliyi hər baxanın diqqətini cəlb edirdi. Rahat və nizamlı xarici görünüşü, ölçülü və hesablanmış hərəkətləri, dərin və nüfuzlu baxışları, oturub durarkən və danışarkən əllərinin, başının və boynunun zərif hərəkətləri, sakit və ağır danışıq tərzi, xüsusilə yeriməyindəki misilsiz əzəmət – bütün bunlar onun uca ruhunu əks etdirir və ona misilsiz cazibə qatırdı.”
Ayətullahül-Üzma Mərəşi Nəcəfi (rə):
“Müsəlmanların rəhbərinin üzərinə salavat və salam olsun! Onun zülm qarşısında müqaviməti, İslam ümmətini Allaha və Peyğəmbərə (s) çağırışı, küfr və şirk cəbhəsini reaksiyaya məcbur etdi. Beləcə, təkəbbürlü zalımlar bütün qüvvəsiylə ona qarşı fitnə qurmağa başladı.”
Qafqaztimes