Nucəba İslami Müqavimət Hərəkatının baş katibi dünyada sahib olduğu qüdrətini itirməkdə olduğunu, son fürsətinin bitməkdə olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əkrəm Əl Kəbi deyib: Amerika daxildən çürüyüb və dünyadakı qüdrətini itirib. Elə bu səbəbdən də bu mafiya, cinayət və terror rejiminin dağılmasının şahidi olacaqlar.
Əkrəm Əl Kəbi həmçinin vurğulayıb: Amerikanın iyrənc və içiboş zahiri görnüşü çökməkdədir. Ona görə də İraqın təbii sərvətləri üzərində olan federal bank hegemoniyasının bitməsi zəruridir.
Əl Kəbi deyib: İqtisadiyyatımızın azad olması, neftimizdən faydalanmamaları, elektrik enerjisi sahəsində fəaliyyət göstərən korrupsioner şirkətlərinin İraqdan əlləri kəsilməsi üçün artıq bizim zəhmət çəkməmizə ehtiyac yoxdur. Çünki onlar artıq daxildən çürüyüb məhv olmaqdadırlar.