“İsraildə Məlumat Azadlığı Hərəkatı”nın direktoru Hodi Negev sionist rejimin başçısı Netanyahunun yaşı, eləcə də siyasi strukturlarda aydın bir varisin olmamasını vurğulayaraq onun sağlamlıq durumu ilə bağlı rəsmi, dəqiq və müstəqil hesabatın yayımlanmasına çağırıb.
Negevin sözlərinə görə, “Netanyahunun həm fiziki, həm də zehni vəziyyəti ilə bağlı ciddi qeyri-müəyyənliklər mövcuddur və bu sualların cavabsız qalması şəxsi sağlamlıq çərçivəsindən kənara çıxan nəticələrə yol aça bilər.”
