Sionist rejimin ifratçı baş nazirinin rəsmi vəkili “məhkəmə islahatı” planının davam edəcəyi təqdirdə Netanyahunu müdafiə etməkdən geri çəkiləcəyini elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Buaz Ben Tezor televiziyada müsahibə zamanı Netanyahuya xitabən deyib ki, bu qanun təsdiqləndiyi təqdirdə onun korrupsiya dosyesinin müdafiəsini dayandıracağını elan edib.
Tezorun bu mövqeyi “məhkəmə layihəsi”nin ilk 2 mərhələsi Knessetdə təsdiqləndiyi bir məqamda elan edilməsi bir çoxlarının təəccübünə səbəb olub. Belə ki, o, belə gedərsə, artıq dosyeni müdafiə etməkdə aciz qalacağını da etiraf edib.
Qeyd edək ki, bu gün səhər (27 mart) Netanyahu müharibə nazirini müxalifətçilərə qoşulduğu, dövlət mənafeyi əleyhinə cəhdləri səbəbinə vəzifəsindən qovduğunu elan etdikdən sonra İsrailin Nyu Yorkdakı səlahiyyətli rəsmisinin də istefa xəbərləri yayılıb.