QafqazTimes xəbər verir ki, sionist mediası sionist rejimin müxalifət lideri Benyamin Netanyahunun ABŞ Konqresinin bir neçə nümayəndəsi ilə görüşünü çəkmək cəhdinin uğursuzluqla nəticələndiyini bildirib.
“Times of Israel”in xəbərinə görə, Netanyahu amerikalı senatorlar və diplomatlarla şəxsi görüşünü çəkmək niyyətində olub, lakin amerikalılar ondan görüşü davam etdirməzdən əvvəl kamerasını söndürməsini istəyiblər.
Sionist “Wala” internet saytına müsahibəsində adları çəkilməyən iki məlumatlı mənbə iddia edib ki, İranla nüvə razılaşması məsələsinin müzakirə olunacağı bu görüşdə Amerikanın işğal olunmuş Fələstindəki səfiri Tom Nideslə birlikdə bir qrup demokrat və respublikaçı senator da iştirak etmişlər.
Bu xəbərə görə, həmin şəxslər görüşə daxil olan zaman Netanyahunun komandasının bir üzvünün kamerası olduğunu anlayıblar. Nides həmçinin Netanyahunun paltarının üzərində mikrofon olduğunu görüb və ondan bunun səbəbini soruşub.
Netanyahu amerikalı diplomatın sualına cavab verməkdən yayınmağa çalışaraq “Heç nə” deyib.
Məlumatlı mənbələr ValaNews-a bildiriblər ki, ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham görüşdən əvvəl Netanyahudan bütün video və audio yazı cihazlarını otaqdan çıxarmasını istəyib.
“The Times of Israel” yazıb ki, Netanyahunun bu görüşü lentə almağa çalışmasının motivi aydın deyil, lakin son həftələrdə o, sionist rejim kabinetinin İranın nüvə razılaşması ilə bağlı yanaşmasını tənqid edib. Ola bilsin ki, o, bu videodan media reklamı üçün istifadə etmək niyyətində olub.