Parisdə və Kanadada fəaliyyət göstərən sionist rejimin səlahiyyətli səfiri Netanyaho kabinetinin radikal rəftarlarına etiraz əlaməti olaraq istefa verdi.
“Jerusalim Post” qəzeti yazır: İsrailin Kanadadakı səfiri Ronan Hoffman bazar günü yeni NK-nin siyasətlərinə etiraz olaraq istefa ərizəsi verib. Benyamin Netanyahunun hakimiyyətə gəlməsindən bir ay keçməsinə baxmayaraq, bu ikinci səfirdir ki, istefa verir.
Əl-Aləm telekanalından verilən məlumata görə əslində İsrailin Kanadadkı səfiri Fransadakı səfirin açdığı cığırla gedir. Bu iki səfir keçmiş baş nazir Yair Lapidin təyinatı ilə səfir vəzifəsində çalışırdılar.
Ronan Hoffman bir mesajda yazıb: Mən Lapid tərəfindən İsrailin Kanadadakı nümayəndəsi kimi seçildiyimə görə fəxr edirəm.Yeni kabinetin gəlməsi, İsraildə müxtəlif siyasətlərin yürüdülməsi, şəxsi və işə olan sədaqətim məni öz vəzifəmdən uzaqlaşmaq və yay fəslində ölkəmə qayıtmaq məcburiyyətində qoydu.
Bəzi informasiya qaynaqları sionist rejim xarici işlər naziri Eli Cohenin Hoffmanın istefanaməsini qəbul etdiyinən xəbər verirlər. O deyib ki, İsrailin yeni kabinetinin qərarına görə Hoffmanın təyinatı siyasi olduğu üçün onun səfir olma səlahiyyəti yoxdur. Çünki rejimin qanunların əsasən diplomatların daxili siyasət barədə fikir bildirmələri qadağandır.