Sionist rejimin baş naziri Benyamin Netanyahu Qəzza bölgəsində HƏMAS-ın nəzarətində olan girovlarla bağlı danışıqlarda əldə edilən müəyyən irəliləyiş səbəbindən fövqəladə iclas çağırıb. Məlumata görə, Netanyahu danışıqlar prosesinin gedişi barədə ən son məlumatları almaq və atılacaq növbəti addımları müzakirə etmək məqsədilə müdafiə naziri İsrael Kats, strateji planlaşdırma naziri Ron Dermer, Baş Qərargah rəisi Eyal Zamir və danışıqlar komandasının üzvləri ilə görüş keçirib.
Danışıqların konkret detalları ictimaiyyətə açıqlanmasa da, rejim rəsmiləri bu istiqamətdə müəyyən irəliləyişin olduğunu təsdiqləyiblər.