Sionist rejimin mediası, ordunun real itkilərini məqsədli şəkildə senzura altında saxladığı halda, müqavimət əməliyyatlarında azı üç hərbçinin həlak olduğunu etiraf edib.
Qafqaz Times-ın məlumatına görə, sionist rejimin mediası rejim ordusunun real itkilərini ciddi şəkildə senzura ilə gizlətmək siyasətinə baxmayaraq, “çətin və təhlükəli təhlükəsizlik insidenti” (müqavimətin ölümcül əməliyyatları üçün istifadə etdikləri ifadə) nəticəsində azı üç israilli hərbçinin öldürüldüyünü açıqlayıb.
Fələstinli döyüşçülər bu partlayıcı qurğunu sionist rejimin zirehli personal daşıyıcısında partladıblar və ivritdilli media bunu “çətin təhlükəsizlik insidenti” kimi təqdim edib.
Müqavimətin uğurlu əməliyyatının detalları ivritdilli medianın dilində
Sionist məskunlaşmaçılara bağlı media şənbə günü həyata keçirilmiş uğurlu əməliyyatla bağlı məlumat verərək bildirib ki, Xan Yunisdəki əməliyyatın ilkin detalları göstərir: müqavimət döyüşçüləri tunelin ağzından çıxaraq partlayıcı qurğunu İsrail ordusunun zirehli nəqliyyat vasitəsinə yapışdırıblar və onu partladıblar. Nəticədə iki hərbçi ölüb, bir neçə hərbçi isə yaralanıb.
Qəssam: Sionist rejim ordusuna məxsus üç zirehli nəqliyyat vasitəsini hədəfə aldıq
Həmas Hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadaları bəyan edib ki, müqavimət döyüşçüləri Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki Əbsan əl-Kəbirə bölgəsində İsrail ordusuna məxsus iki zirehli nəqliyyat vasitəsini partlayıcı qurğu ilə hədəfə alıblar. Üçüncü əməliyyatda isə eyni bölgədə düşmənin digər bir zirehli nəqliyyat vasitəsi Yasin-105 raketi ilə vurulub.
Bu əməliyyatlardan sonra sionist rejimə məxsus hərbi ekskavator yanan zirehli maşınların üzərinə torpaq tökərək alovu söndürməyə çalışıb. Düşmənin helikopterləri də öz itkilərini təxliyə etmək üçün əraziyə eniş edib.
Sionist rejim ordusunun hərbi buldozerinin məhv edilməsi
Fələstinin İslami Cihad Hərəkatının hərbi qanadı olan Sərayə əl-Qüds (Qüds Briqadaları) bildirib ki, döyüşçüləri Qəzza zolağının şimalında yerləşən Cəbaliyanın şərqində İsrail ordusuna məxsus hərbi buldozeri güclü partlayıcı qurğu ilə məhv ediblər.
Qəssamdan işğalçı rejim ordusuna Qüdsdə yeni zərbə
Həmasın hərbi qanadı Qəssam briqadaları bəyan edib ki, Fələstinin İslami Cihad hərbi qanadı olan Sərayə əl-Qüds döyüşçülərinin iştirakı ilə düşmənin Xan Yunisin cənubunda yerləşən komanda və idarəetmə mərkəzi minaatan mərmilərlə hədəfə alınıb.
