Sionist rejimin Mossad və Şabak kəşfiyyat rəhbərləri Qəzzədə atəşkəs və girov mübadiləsi zəminində müzakirələr üçün Misirə səfər edib.
İRNA-nın məlumatına əsasən, Mearyo qəzeti bugünkü (3 avqust) sayında yazıb: David Barniya və Ronin Bar bu gün Qahirəyə daxil oldu.
Valla portalının məlumatına görə Misir Təhlükəsizlik Təşkilatının rəhbəri Abbas Kamil ölkənin digər rəsmiləri ilə birlikdə Filadelfiya, Rəfəh keçidi barədə müzakirələr üçün sionist rəsmilərlə görüş keçirəcək.
Bundan əvvəl də sionist rejimin Haarets qəzeti Mossad və Şabak rəsmilərinin Qahirəyə səfərinin faydasız olduğundan yazmışdı. Çünki baş nazir Benyamin Netanyahunun girov mübadiləsi barədə razılaşmaq fikri yoxdur.