İmam, misilsiz bir rəhbər idi ki, əli yalın halda İran İslam İnqilabını qələbəyə çatdırdı.
Nelson Mandela
Kanadalı alim Robert Kalston deyir: “Mən bir Qərbli və qeyri-müsəlman biri olaraq düşünürəm ki, bu bir möcüzədir ki, dini və ilahi bir inqilab bugünkü dünyada bu şəkildə gerçəkləşə bilir və ədalətin bərqərar olması istiqamətində irəliləyir. Bu inqilab, şübhəsiz ki, Allah tərəfindən dəstəklənir.”
Samuel Hantinqton deyir: “1979-cu ildə İranda baş vermiş İslam İnqilabının qələbəsi, Qərb və İslam sivilizasiyaları arasında gizli müharibənin başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər.”
Şəhid Ayətullah Seyid Məhəmməd Baqir Sədr:
“Əslində, İmam Xomeyni Məsum İmamın (ə) ən böyük nümayəndələrindən biri idi.”
Ayətullah Fazil Lənkərani:
“Onun nurani üzü və daimi sakitliyi hər baxanın diqqətini cəlb edirdi. Rahat və nizamlı xarici görünüşü, ölçülü və hesablanmış hərəkətləri, dərin və nüfuzlu baxışları, oturub durarkən və danışarkən əllərinin, başının və boynunun zərif hərəkətləri, sakit və ağır danışıq tərzi, xüsusilə yeriməyindəki misilsiz əzəmət – bütün bunlar onun uca ruhunu əks etdirir və ona misilsiz cazibə qatırdı.”
Qafqaztimes