Mavritaniya və Mərakeş xalqı anti-sionist aksiyalar keçirməklə Fələstin müqavimətinə dəstək, Amerikanın və Qəzza sakinlərinin soyqırımında Amerikanın İsrail rejimi ilə şərikliyini pisləyiblər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mərakeş xalqı 78 həftədir ki, sionist rejim əleyhinə aksiyalar keçirir və bu gün də (31 may) mərakeşlilər ölkənin 66 şəhərində keçirdikləri aksiyalarda “Mərakeşdən möhkəm iradəli Qəzzəyə salam”, “Fələstin və Mərakeş bir xalqdır” şüarı altında bütün dövlətləri və xalqları işğalçı İsrailin cinayətkarlıqları əleyhinə aksiyalara dəvət etiblər.
Mərakeşin müxtəlif şəhərlərində, o cümlədən Chefchaouen, Tangier, Meknes, Kasbah Kebir (şimal), Agadir (mərkəz), Taza (şərq) və İzmurda (qərb) keçirilən nümayişlərə “Mərakeşin müqavimət göstərən Qəzzaya salamı”, “Fələstin, Mərakeş – bir millət ” şüarları səsləndirən iştirakçılar olub.
“Qəzza qan içində” şüarı ilə keçirilən nümayişlərdə Qəzzanın mühasirəsinin davam etdirilməsi və sionist rejimin bu şəhər sakinlərini aclıqdan öldürmək siyasəti pislənilib.