Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi 19 iyun tarixində verdiyi açıqlamada bildirdi ki, agentliyin İranın nüvə silahı hazırladığına dair heç bir sübutu yoxdur:
“Biz İranda nüvə silahı istehsalı ilə bağlı aktiv və sistemli plan olduğuna işarə edən heç bir element aşkar etmədik,” – Qrossi deyib.
“İran daxilində silah istehsalına dair nə bir yer, nə də belə fəaliyyətlərə dair təsdiq tapa bilməmişik.”
İranın Xarici İşlər Nazirliyi isə bu açıqlamaya sərt reaksiya verərək bildirib:
“Qrossinin bu bəyanatı artıq çox gecdir. O, MAQATE-ni bu cinayətin birbaşa şərik tərəfinə çevirib.
MAQATE-nin hesabatı qərəzlidir və İsrail tərəfindən bizə qarşı təcavüz üçün bəhanə kimi istifadə olunub.”