Fələstin Özünüidarə Təşkilatının sədri BMT-dən sionist rejimin bu təşkilata üzvlüyünün qəbul edilməməsini tələb edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Mahmud Abbas dünən (15 may) BMT nəzdində ilk dəfə təşkil olunmuş fələstinlilərin sionist rejim tərəfindən soyqırımının 75-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyib: BMT tərəfindən bu mərasimin qeyd olunması 1948-ci ildə Fələstin xalqına qarşı törədilmiş cinayəti etiraf etmək deməkdir. Dünya xalqları Nikbət gününün doğruluğu və İsrailin saxtakar olduğunu artıq anlayır.
M.Abbas daha sonra deyib: Sionist rejimin Fələstin xalqına qarşı zülmləri davam, Nikbət Gününü inkar, torpaqlarını işğal və mallarını müsadirə edir.
M.Abbas həmçinin BMT-nin bu xüsusda onlarla qətnaməsinə rəğmən, heç birinin icra olunmadığını tənqid edərək qeyd edib: Sionist rejim BMT öhdəliklərinə sadiq qalmırsa, onların üzv olmasının mənası yoxdur.