10 il fasilədən sonra Fələstin Özünüidarə Təşkilatının rəhbəri Ceninə səfər edib.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (12 iyul) Mahmud Abbas işğal olunmuş Cenin düşərgələrində abadlıq işləri ilə yaxından tanış olub.
Məlumata görə M.Abbas fələstinlilərin müqavimətə agah olduqları qədər siyasətdən xəbərləri olmadığını deyib.
Fəth İnqilab Hərəkatının üzvü Camal Həvil Əl Aləmlə müsahibəsində deyib ki, M.Abbasın Ceninə səfəri bir növ müqavimətə dəstək hesab edilə bilər. Amma hər bir xalq təcavüzkarlar qarşısında öz hüquqlarını müdafiə etmək haqqına malikdir.
Məlumatda deyilir: Mahmud Abbas ceninlilərə bütün düşərgələrdə abadlıq işlərinin zəruri olduğunu, Özünüidarə Təşkilatının da bu sahəyə büdcə ayırdığını vurğulayıb.
Cenin xalqı M.Abbasın işğal olunmuş ərazilərə 10 il nə səbəbə gəlməməsindən narahat olduqlarını, onlara qarşı laqeydliyə düçar olduqlarını büruzə veriblər. Çünki təcavüzkarlala əlbəyaxa olan xalqın Özünüidarə təşkilatının müqavimət səhnəsində olmaması təəccüb doğuran məsələdir.