İnformasiya qaynaqları Fələstin xalqına dəstək və ABŞ prezidentinin Qəzzə planı ilə müxalifət məqsədilə etiraz aksiyaları keçirib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Mərakeşin 56 şəhərində dünən axşam (14 fevral) Donald Trampın Qəzzə planı ilə müxalifət başlıqlı 105 aksiya təşkil edilib.
Məlumata görə, Mərakeşin müxtəlif şəhərlərində keçirilən bu aksiyalarda Qəzzə xalqının öz vətənlərini tərk etməyəcəyi, bu planın icra olunmayacağı vurğulanır.
Qeyd edək ki, ABŞ prezident Donald Tramp tam irqçi bir xəyalpərəstliklə Qəzzə xalqının Misir və İordaniyaya köçürülməsi, Fələstini ələ keçirəcəyi və orada Rivera şəhər yaradacağı barədə bir plan təklif etsə də bütün dünya xalqları və ölkələrinin etirazı ilə qarşılaşıb.