Qafqaztimes xəbər verir ki, Livanda peycerlərin partladılması ilə baş vermiş terror aktında yaralananlar müalicə üçün İrana köçürülüb.
Qeyd edək ki, Livan İslami Müqaviməti şəhidlərin ailələrinə başsağlığı verib və sionist rejimin çərşənbə axşamı Livanda rabitə vasitələrini (peyjerləri) partlatmaqla törətdiyi cinayətin yaralılarına Uca Allahdan şəfa istəyib.
Bəyanatın davamında bildirilib: Ötən günlərdə olduğu kimi, biz Qəzzəni və onun müqavimətini dəstəkləməyə, Livanı, millətini və suverenliyini müdafiə etməyə davam edəcəyik. Bu yol davam edir və cinayətkar düşmən çərşənbə axşamı millətimizə və mücahidlərə qarşı törətdiyi cinayətin əvəzini ağır ödəyəcək.
Aşağıdakı videoda Livanda elektron avadanlıqların partladılması nəticəsində baş verən terror hadisəsi qurbanlarının İrana köçürülməsinin görüntüləri müşahidə olunur.