Livanın müxtəlif şəhərlərində insanlar İranın həyata keçirdiyi “Doğru Vəd 3” adlı cavab əməliyyatını qeyd edirlər. Aksiyalar zamanı bayraqlar qaldırılıb, şüarlar səsləndirilib və regional müqavimət cəbhəsinə dəstək ifadə olunub. Tədbirlər xüsusilə Hizbullahın təsirli olduğu bölgələrdə daha geniş miqyasda keçirilib.
