Livan müqaviməti bəyanat yayaraq sionist rejimin işğal etdiyi Fələstinin şimalındakı mövqelərini raketlə hədəfə aldıqlarından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Livan Müqaviməti bu gün (22 avqust) yaydığı bəyanatda deyib: Sionist rejim ordusunun Əl Zaura bölgəsində yerləşən hərbi düşərgənin artilleriya anbarını raketlə vurduq.
Bundan əvvəl də Livan Hizbullahı Şatula qəsəbəsində Əl Rahib mövqeyi və işğal olunmuş Cövlan təpələrindəki Tensorya düşərgəsində keçirdiyi əməliyyatın videoyazısını yayımlamışdı.
Digər tərəfdən, sionist rejim qırıcıları da Livanın cənub bölgələrindən olan Kəfərkola və Əyta Əl Şəəbə hücum etmişdi.
Əl Əqsa Tufanı əməliyyatı başlandığından Fələstin müqavimət dəstələri və Livan Hizbullahı sionist rejimin Qəzzəyə təzyiqlərini azaltmaq məqsədilə İsrailin hərbi mövqelərini raket və dronlarla hədəfə alır.