Livan müqaviməti sionist rejim əleyhinə mübarizə dalğasının yeni dönəmində İsrailin Rafael hərbi sənaye komplekslərinə hücum edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahı məzlum Fələstin xalqına dəstək və ərazi bütövlüyünü qorumaq məqsədilə işğalçı regimin hərbi mövqelərini hədəfə alır.
Məlumata görə Livan müqaviməti müqəddəs məqsədlərinə çatmaq üçün dünən (26 seentyabr) işğal olunmuş Fələstindəki Həyfa limanındakı hərbi mövqeləri onlarla raketlə hədəfə almışdı.
Əl Məyadin telekanalının məlumatına görə Livan müqaviməti sadəcə bir dəfəyə sionist qəsəbə yaxınlıqlarına 30 raket atmaqla qəsəbə sakinlərinin sığınacaqlara qaçmasına səbəb olub.
Livan müqaviməti dünən bir bəyanat yayaraq elan edib: Həyfa şəhərinin şimalında yerləşən Zolovon məntəqəsindəki Rafael hərbi sənaye şirkət kompleklərini hədəfə aldıq və Əkka şəhərində də sirenlərin işə düşəcək həddə möhkəm zərbələr endirdik.