Sionist rejim ordusunun Livanın Bəqa bölgəsinə hücumu və bir neçə Livan vətəndaşını şəhid və yaralamasından sonra Hizbullah bu çərşənbə səhəri bu rejimin “Zarit” hərbi mərkəzini hədəfə alıb.
Qafqaztimes xəbər verir ki, Əl-Nəşrə xəbər saytının məlumatına görə, Livan Hizbullahı bu gün səhər saatlarında verdiyi bəyanatda belə elan edib: Qəzzə zolağında mətanətli Fələstin xalqını dəstəkləmək və onun cəsur və şərəfli müqavimətinə kömək etmək üçün işğalçı İsrailin “Zariit” hərbi mərkəzi müqavimət tərəfindən artilleriya atəşi ilə hədəfə alınıb.
Hizbullahın bu əməliyyatı sionist ordusunun Livanın cənubundakı Əl-Xəyam, Eyta əl-Şaab, Rami, Hula və Ulamə əş-Şaab bölgələrinə və “Səhl ən-Nəbi”yə və Livanın Bəqa bölgəsindəki digər bəzi məntəqələrə hücumundan sonra həyata keçirilib.
Əl-Nəşrə müxbirinin məlumatına görə, sionist rejimin Livanın Bəqa bölgəsinə hücumları nəticəsində 1 nəfər şəhid olub, 19 nəfər yaralanıb.
Alalam