İsrail müxalifətinin lideri ABŞ-ı Səudiyyə torpaqlarında uranın zənginləşdirilməsinə qarşı çıxmağa çağırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yair Lapid dünən axşam (14 aprel) deyib: İsrail Ər-Riyadla hər hansı nüvə sazişi imzalayacağı təqdirdə ABŞ-dan Səudiyyə torpaqlarında uranın zənginləşdirilməsini qadağan etməsini tələb etməlidir.
Qeyd edək ki, ötən bazar ertəsi günü ABŞ-ın energetika naziri Səudiyyə Ərəbistanının mülki nüvə razılaşmasına çalışıb.
Kris Rayt Ər-Riyadda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında iki ölkə arasında mülki nüvə sənayesinin inkişafı sahəsində əməkdaşlıq üçün ilkin saziş imzalayacağını açıqlayıb.