QafqazTimes xəbər verir ki, sionist rejimin keçmiş baş naziri və kabinetdəki müxalif partiyaların lideri Yair Lapid xəbərdarlıq edib ki, bu rejimin baş naziri Benyamin Netanyahunun Yoaf Qalantı (hərbi nazir) vəzifədən azad etməsi İsrailin təhlükəsizliyinə xələl gətirir.
İsrailin keçmiş baş naziri həmçinin Benyamin Netanyahunun kabinetinin İsrailin təhlükəsizliyi üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bazar günü Netanyahu bu rejimin müharibə naziri Yoaf Qallantı vəzifəsindən azad edib. Məlumatlara görə, Qallantın Netanyahunun məhkəmə islahatlarını tənqid etməsi onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.
Netanyahu hakim koalisiyaya qarşı addım atdığı üçün Qallanta inamını itirdiyini deyib.
Axios xəbər agentliyi xəbər verir ki, Netanyahu Qallantı həll yollarına nail olmaq səylərini sarsıtmaqda və açıqlama verməzdən əvvəl həmkarlıq etməməkdə günahlandırıb.
Sionist media ötən gün (26 mart bazar günü) baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi sağçı “Likud” partiyasının “məhkəmə islahatları” kimi tanınan mübahisəli proqramına görə yeni parçalanmalar barədə məlumat verərək yazıb ki, bu partiyanın üzvləri iki dəstəyə bölünüblər. İxtilaf o həddə çatıb ki, Netanyahu hakim koalisiya partiyalarının rəhbərlərinin təcili toplantısına göstəriş verməli olub.