İsrail parlamenti üzvləri baş nazirini çıxışını dayandıraraq onun atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Knesset nümayəndələri b günkü iclasda (10 fevral) Netanyahuya deyiblər: 7 oktyabr hadisələrinin uğursuzluğuna görə siz məsuliyyət daşıyırsınız, 15 ayda Həması məhv edə bilmədiniz. İndi də atəşkəs razılaşmasını sabotaj etməyə çalışırsınız.
Netanyahu onlara cavabında İsrailin heç vaxt bu qədər güclü olmadığını və Amerika ilə ittifaqın heç vaxt bu qədər sıxlaşmadığını iddia etməklə bəhanələr gətirib. Həmçinin Trampın baxışının yeni və innovativ olduğunu və onu həyata keçirmək niyyətində olduğunu iddia edib.
Məlumata görə İsrail rejiminin müxalif simalarından Yair Lapid deyib: Netanyahu rejimi 7 oktyabr hadisələri ilə bağlı istintaq komitəsi yaratmaq cəhdlərinin qarşısını aldı və biz bu hadisələri gizlətmək cəhdinin uğur qazanmasına imkan verməyəcəyik.