Avstraliyada kimya dərsində elmi təcrübə zamanı partlayış olub. Nəticədə 12 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqdır. Hadisə Sidneydə baş verib.
Uşaqlar tibb müəssisəsinə yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Həkimlər zərərçəkmişlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyub. Müəllim səthi yanıq xəsarətləri alıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.