Kanadanın baş naziri İsrailin Qəzzanı blokadaya almasını tənqid edərək qidadan “siyasi aləti” kimi istifadə edilməsini qınayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Reuters xəbər agentliyi dünən (26 aprel) yazıb: Mark Karni İsraili Ümumdünya Ərzaq Proqramının Qəzzada fəaliyyətini bərpa etməsinə icazə verməyə çağırıb.
Kanadanın baş naziri X sosial media hesabında yazıb: Ümumdünya Ərzaq Proqramı bu yaxınlarda İsrailin blokadası səbəbindən Qəzzanın ərzaq ehtiyatlarının tükəndiyini elan edib. Biz daimi atəşkəs və bütün məhbusların dərhal geri qaytarılması üçün müttəfiqlərimizlə işimizi davam etdiririk.
Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramı son qida ehtiyatını Qəzzada yemək hazırlayan mətbəxə köçürüldüyündən və yaxın bir neçə gün ərzində müəssisədə qida tükənməsi gözlənildiyindən xəbər verib.
Karney əlavə edib: Ümumdünya Ərzaq Proqramına mülki insanların həyatını xilas etmək üçün işini bərpa etməyə icazə verilməlidir.