Qafqaztimes.com Gazeta.ru-ya istinadən xəbər verir: Sosial şəbəkələrdə Moskvada baş verən insidentlə bağlı yayınlanan video həm də münasibətlərin aydınlaşdırılması ilə nəticələnib.
Yaxın günlərdə Moskvada 4 azərbaycanlının bir rus kişini uşağının gözü qabağında döyməsi mediada geniş müzakirə olunub. RT kanalının baş redaktoru erməni telemüxbir Marqarita Simonyan baş vermiş hadisəyə görə qafqazlıları hədəfə alaraq qızışdırıcı bəyanatlar verib. Telegram hesabında “onlar özlərini qonaq kimi aparmır” yazan Simonyan Rusiyada qafqazlıların addımbaşı saxlanması, sənədlərinin yoxlanmasına bəraət qazandırıb.
Simonyanın təxribatçı çıxışları cavabsız qalmayıb. Çeçenistan prezidenti Kadırov erməni qadına öz əslini xatırladaraq tələb edib ki, onda Rusiyada baş vürən bütün cinayətlərdə cinayətkarın milli mənsubiyyəti qeyd edilsin. Kadırov media mənsublarına müraciət edib: Əgər qafqazlının milli mənsubiyyətini yazırsınızsa Rusiyada məktəblərdə qətl törədənlərin, vətən xainlərinin, korrupsionerlərin də milli mənsubiyyətini qeyd edin… Kadırov medianı vətəndaş birliyinə diqqətli olmağa çağırıb.