27 avqust İraqın Kərbəla şəhərində başlanmış “Nidaul Əqsa” adlı Fələstinə dəstək beynəlxalq konfransı dünən axşam bir bəyanatla öz işinə yekun verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Kərbəla şəhərində keçirilən bu konfransda 65 ölkənin nümayəndəsi iştirak edib.
Konfrans işitrakçıları Fələstin məsələsinin dünyanın azadlıqsevər xalqlarının müstəmləkəçi dövlətlər arasında olan ilk döyüş meydanı olduğunu vurğulayıblar.
Konfransın bəyanatında iştirak edən ölkələrin sionist rejimlə əlaqələrin normallaşmasına qarşı olduqlarını elan ediblər.
Həmçinin Fələstin xalqının sionist rejimə qarşı müqavimətinin yüksək dəyərləndirilməsi, bu məsələnin müsəlman ictimaiyyəti tərəfindən dəstəklənməsi, media və vətəndaş cəmiyyətləri sayəsində genişləndirilməsi konfrans iştirakçılarının təkində yanaşdığı mövzulardan olub.
Konfrnsın sonunda dini müqəddəslərə hörmətsizlik, Quranın yandırılması və bu kimi halların sionist rejim tərəfindən dəsrtəkləndiyi də vurğulanıb.