Benjamin Netanyahunun tənqidçiləri Yair Lapid (Yesh Atid) və Benni Qantz (Milli Birlik) kimi siyasətçilərin partiyaları da daxil olmaqla, yəhudi partiyalarının əksəriyyəti İrana qarşı zərbələri dəstəkləsə də, siyasi arenada artıq çatlar görünür.
- Ərəb-İsrail partiyaları
Hadash (Sülh və Bərabərlik uğrunda Demokratik Cəbhə):
Yəhudi-ərəb solçu koalisiyası bu kampaniyanı “aqressiv və məsuliyyətsiz” adlandırıb.
“İran və İsrail xalqları üçün daha bir fəlakət,” – deyə Hadash partiyasından olan ərəb deputat Aida Touma-Suleyman xəbərdarlıq edib.
- İsrail Kommunist Partiyası (Maki)
Hadash-ın əsas tərkib hissələrindən biri olan Maki də bu qınağı təkrar edib:
“Hadash və Maki İrana qarşı genişmiqyaslı İsrail hücumuna qarşı çıxır… Biz bu gün bütün Yaxın Şərqi cəlb edə biləcək təhlükəli bir müharibənin başlanğıcı kimi görünən vəziyyətin dərhal dayandırılmasını tələb edirik,” – deyə birgə bəyanatda bildirilib.
Qeyd edək ki, Hadash-Maki zərbələrə açıq şəkildə qarşı çıxan yeganə yəhudi rəhbərliyində olan Knesset fraksiyasıdır.
- Ərəb azlığı (əhəmiyyətli dərəcədə ƏLEYHİNƏDİR)
- Yalnız 12% ərəb israilli İrana qarşı hücumu dəstəkləyir (yəhudi israillilər arasında bu göstərici 83%-dir) – Qüds İvrit Universitetinin sorğusuna əsasən.
- Ərəb əhalisinin 65%-i həm hücumun özünə, həm də onun zamanlamasına qarşı çıxır – İsrail Demokratiya İnstitutunun sorğusuna görə.
- Ultra-ortodoks (Haredi) yəhudilər
- Bəzi Haredi fraksiyaları müharibəyə qarşı meyillidir, hərbi qarşıdurmalardan çəkinirlər.
- Tarixən hərbi xidmətdən azad olduqları status yaxınlarda Ali Məhkəmə qərarı ilə ləğv edilib, bu isə əlavə gərginlik yaradıb.
- Vətəndaş cəmiyyəti
Standing Together (İsraildə fəaliyyət göstərən solçu və yəhudi-ərəb birgə hərəkatıdır.) və digər yerli təşəbbüs qrupları müharibə narrativinə qarşı çıxır və bölgə üzrə genişmiqyaslı böhran təhlükəsi barədə xəbərdarlıq edirlər.

