İsrail çərşənbə günü mərhələli hava körpüsü əməliyyatına başlayaraq, xaricdə ilişib qalmış vətəndaşlarını geri gətirməyə start verib.
İlk təxliyə reysi milli aviadaşıyıcı El Al tərəfindən həyata keçirilib və çərşənbə günü səhər tezdən Larnaka (Kipr) şəhərindən Ben Qurion Hava Limanına enib.
İsrail Nəqliyyat Nazirliyinin məlumatına görə, hal-hazırda dünya üzrə 50,000-dən çox israilli vətəndaş ölkəyə geri dönmək istəyir.