Sionist rejim ABŞ prezidentinin Yəmənin Ənsarullah Hərəkatı ilə gözlənilməz atəşkəs razılaşmasından şoka düşüb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əl Eyn telekanalı bu gün (7 may) yazıb Trampın bəyanatı İsraildə çoxlu suallar yaratdı. Amma onlardan ən önəmlisi bu atəşkəsin İsrailə də aid olub-olmayacağıdır. Təsadüfən Trampın bu bəyanatı İsrailin Ənsarullah mövqelərinə ən böyük hücumundan, Səna hava limanı və ətraf bölgələrə vurduğu aviazərbələrdən çox az sonra yayımlandı.
Xatırladaq ki, Oman xarici işlər nazirliyi ölkə krallığı və Amerika ilə Sənada gərginliyin azaldılmasına yönəlmiş son danışıqlardan sonra iki tərəf arasında atəşkəs razılaşması ilə nəticələndiyini elan edib.
Oman XİN-nin bəyanatına görə, gələcəkdə hər iki tərəf qarşılıqlı hücumlar həyata keçirməyəcək, ABŞ-ın ticarət gəmiləri Qırmızı dəniz və Babul Məndəb boğazında təhlükəsiz olacaq.