Sionist rejim rəsmilərindən biri İran-ABŞ danışıqlarının sürətli inkişafından nigarançılıqlarını gizlətməyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist rejimin 12-ci telekanalı bir rəsmiyə istinadən deyib: Hal-hazırda Tehran-Vaşinqton arasında nüvə müzakirələrinin həssas bir mərhələsini yaşayırıq. Vaşinqton razılaşmağa can atır və bu İsrailin ziyanına ola bilər. İsrail öz səsini ucaltmağa çox çalışdığı, amma heç kəsin ona qulaq asmadığını qeyd edən bu rəsmi Amerikanın İranla razılaşmasından sonra İsraili nələr gözlədiyindən də narahat olduğunu deyib. O, əlavə edib: Amerikalılar Netanyahunun nüfuzunu qoruyub saxlamağı dayandırıblarsa, o zaman Tehranla sövdələşmə müsbət nəticələrlə bitəcək və çox asanlıqla razılaşma imzalanacaq.