Fələstin Səhiyyə nazirliyi sionist rejimin poliomielit peyvəndinin Qəzzə zolağına daxil olmasının qarşısını aldığından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin Səhiyyə Nazirliyi bu gün (5 may) Əl Əqsa Tufanı əməliyyatından sonra sionist rejimin Qəzzədə soyqırımı cinayətlərində 16 min uşağın şəhid olduğunu qeyd edərək elan edib: İşğalçı rejim dinc sakinləri hədəfə almaqla kifayətlənmir, eyni zamanda Qəzza zolağında 2 milyondan çox insanı aclıqdan məhrum edib.
Nazirlik əlavə edib: Qəzza zolağında uşaqlar ya hücumlar nəticəsində, ya da qida çatışmazlığı, dərman və müalicə çatışmazlığı səbəbindən həyatlarını itirirlər və bu bölgədə şəhid olan uşaqların sayı 16 mindən çox olub. Sionist rejim uşaqları və hamilə qadınları tibbi ehtiyac və qayğıdan məhrum edib. Rejim, xəstəliklə mübarizə səylərini hədələyərək, poliomielit əleyhinə peyvəndlərin Qəzzaya girişini əngəlləməyə davam edir.