QafqazTimes xəbər verir ki, İordaniya kralı II Abdullahın və hökumət rəsmilərinin sionist rejimin prezidenti İshaq Hersoqu səmimi qarşılaması İordaniya xalqını və ölkənin bəzi siyasi qüvvələrini şoka saldı.
Sionist rejimin prezidenti vəzifəsi əslində təntənəli bir vəzifə olsa da, İordaniya da Türkiyə kimi Hersoqu sionist rejiminin siyasi rəsmisi kimi qarşılayıb.
Analitiklərin nəfərinə görə o, bu addımı ilə üç ərəb ölkəsi Misir, BƏƏ və Bəhreyn xarici işlər nazirlərinin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə İordaniyaya məhəl qoyulmamasını əvəzləməyə çalışır.
Hersoq İordaniya Kral Sarayında təntənəli qarovul və böyük İsrail bayrağı ilə qarşılandı. Kral ziyafətində ilk dəfə rejim bayrağı qaldırıldı və sosial mediada xüsusilə iordaniyalılar arasında geniş müzakirələrə səbəb oldu. Ölkənin ən mühüm rəsmi universiteti olan İordaniya Universitetində bir qrup tələbə təşkilatı bu addımın əleyhinə bəyanat yayıb.
Əksər ekspertlər Əmmanda Hersoqun belə səmimi qarşılanmasını İordaniyanın Nəqb sammitində iştirak etməməsini ört-basdır etmək cəhdi kimi qiymətləndirir ki, sionist rejim və ya ABŞ daxilində heç bir qrup onun sammitdə iştirak etməməsindən istifadə edə bilməsin.