İsrail ordusunun təqaüddə olan generalı Həmasın ABŞ prezidentinin məhv etmək təhdidlərinə cavab olaraq məhbus mübadiləsi kartından istifadə edəcəyini deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsaak Brik dünən axşam (16 fevral) deyib: Müqaviləni pozmaq istəyən məhz elə Benyamin Netanyahunun özüdür. Çünki o, hakimiyyətdə qalmaq istədiyi üçün bu razılaşmanın ikinci mərhələyə keçməsini istəmir.
İsaak Brik əlavə edib: Netanyahu deyir ki, Həmas təslim olub silah və qüdrətindən əl çəkməsə, ikinci mərhələyə keçmək mümkün olmayacaq. Biz Həması 16 ayda məhv edə bilmədik, bəs Netanyahu indi bunu necə bacaracağını düşünür? Biz müharibədə uğur qazana bilmədik, lakin Həmas yüzlərlə kilometr tunellərdə adi gücünü yenidən bərpa etdi.
O əlavə edib: Onlar indi öz təbii güclərinə qayıtdılar və bir çox gənci cəlb etdilər.