Statistik məlumata görə İsrail ordusunun 24% artıq xidmətə yararsız hesab olunur.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Qəzzə müharibəsindən sonra sionist rejim ordu qüvvələrinin təqribən dörddə biri həm fiziki, həm də psixoloji cəhətdən yarasız haldadır və artıq orduda xidmətə qayıda bilməz.
İşğal olunmuş Fələstində aparılmış sorğuya əsasən, Qəzzə müharibəsində sionist ordu qüvvələrinin 12%-i psixoloji cəhətdən orduya yararlı deyil və sıradan çıxmış hesab olunurlar.
Haarets qəzetinin verdiyi məlumata görə, Professor Yair Bar Xayimin başçılıq etdiyi Tel Əviv Universitetinin araşdırmalarına əsasən, fiziki cəhətdən yarasız hala düşmüş ordu qüvvələrinin də psixoloji problemləri onların müharibə və yaxud hər-hansı bir hərbi əməliyyatda iştirakı üçün faydasızdır. Müharibə meydanında olan hərbçilərin əksəriyyəti ruhi baxımdan heç də xidmətə yararlı deyil.