ABŞ prezidenti Donald Trampın Suriyadakı Heyət Təhrir əş-Şam (HTS) rejiminin lideri Əbu Məhəmməd əl-Colani ilə görüşəcək.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Walla News saytı bu gün (13 may) Donald Trampın Səudiyyə Ərəbistanına səfər planları ilə tanış olan iki mənbəyə istinadən yazıb ki, Səudiyyə vəliəhdi və digər liderlər Trampdan Suriyanın hakim strukturunun rəhbəri ilə görüş istəyiblər və onların xahişi ABŞ prezidentinin razılığı ilə qarşılanıb.
Məlumata görə, ABŞ prezidentinin razılığı ilə Əbu Məhəmməd Colaninin sabah, çərşənbə axşamı Ər-Riyadda görüşəcəyi gözlənilir.
İsrail rəsmilərinin fikrincə, Trampın bu görüşdən məqsədi Suriyadan qalan Amerika qüvvələrini çıxarmaqdır. Beləliklə də, bu görüş bu geri çəkilməni sürətləndirəcək anlaşmaya gətirib çıxara bilər.
Digər bir məlumatda deyilir ki, Trampın Colani ilə görüşü ABŞ-ın İsrailin baş naziri Benyamin Netanyahunun mövqelərinə məhəl qoymamaq üçün atdığı növbəti addımdır və İsrailin Suriya siyasətinə növbəti zərbə olacaq.