Sionist Maariv qəzeti Amerikanın Livanı dalana dirədiyini və ondan yüksək məbləğdə bac almaq istədiyindən xəbər verib.
Qafqaztimesin bu gün (27 aprel) xarici medialara istinadən verdiyi məlumata əsasən, Birləşmiş Ştatlar Livan hökumətinə ölkənin yenidən qurulmasını asanlaşdırmaq üçün çox sərt şərtlər qoyub. Bu şərtlərdən biri yenidənqurma layihələrinin bütün mərhələlərinə birbaşa Amerika nəzarətidir.
Digər şərtlərdən biri də Hizbullahın Livanın cənubuna qayıtmasına icazə verilməməsidir. Eyni zamanda, bölgəyə ciddi hərbi nəzarət də Amerikanın başqa bir şərtidir.
Məlumata görə, Hizbullah və İsrail arasında atəşkəsin həyata keçirilməsinə nəzarət edən komitənin iclaslarının keçirilməməsi nəticəsində boşluqlar var. Elə bu səbəbdən də ötən cümə axşamı Amerika hərbi komandası cənub Litani bölgəsinə səfər edib.
Bu komanda Atəşkəs Monitorinq Komitəsinin fəaliyyəti çərçivəsində Livan Ordusu ilə koordinasiyalı şəkildə bu əraziyə baxış keçirib, sahə şəraiti ilə bağlı hesabatını təqdim edib.
Maarivin yazdığına görə, bu mövcudluq Livanın cənubunda hərbi nəzarətin gücləndirilməsi ilə üst-üstə düşür.
Livan mənbələri elan ediblər ki, Livan rəsmiləri hələlik ABŞ-ın xüsusi nümayəndəsi Morqan Otaqusla apardıqları danışıqların bütün təfərrüatlarını açıqlama vermir. Amma bu danışıqlarda Hizbullahın silahları, qarşıdakı siyasi-sosial inkişaflar, Livanın müharibədən sonra yenidən qurulması məsələsi müzakirə edilib.